
Fazil Dərbəndi ləqəbi ilə məşhur olan Axund Molla Ağa Dərbəndi İranda on üçüncü əsrdə yaşamış fəqih, usul və rical alimi, muhəddis, mutəkəllim və vaiz olmuşdur.
Fazil Dərbəndi ləqəbi ilə məşhur olan Axund Molla Ağa Dərbəndi İranda on üçüncü əsrdə yaşamış fəqih, usul və rical alimi, muhəddis, mutəkəllim və vaiz olmuşdur. O öz dini təhsilini Nəcəf və Kərbəlada almışdır. Nəcəfdə fiqh dərslərini Ayətullah Şeyx Əli Kaşiful-Ğitadan, üsul-fiqh dərslərini isə Kərbəlada Uləmai Mazandaranidən öyrənərək ictihad dərəcəsinə çatmışdır. Ağa Dərbəndi elm öyrənərkən elə elmi bəhslər açır və iradlar bildirirdi ki, bəzən onun ustadı Şərif Uləmai onu dərs zamanı həddən artıq irad bildirdiyi üçün məşğələnin axarının pozulmaması üçün müvəqqəti olaraq dərs məkanından uzaqlaşdırarmış.
Kərbəlada onun dərslərinə şöhrət tapmış görkəmli tələbələr qatılırdı. Amma təəssüf ki, onun dərsləri bəzən sərt olduğu və düzgün təşkil olunmadığı üçün davamlı olmurdu.
Onun müxtəlif elm sahələrindən əldə etdiyi bəhrələr və güclü hafizəsi dillərdə əzbər idi. Eyni zamanda, o, Peyğəmbər (s) Əhli-Beytinə (ə), xüsusilə İmam Hüseynə (ə) olan xalis məhəbbəti ilə şöhrət tapmışdı. Onun İmam Hüseynə (ə) olan məhəbbəti barədə müxtəlif dastanlar dillərdə dolaşırdı.
Fazil Dərbəndi babilərlə mübarizədə daha əzimkar olmuşdur. Onlar Kərbəlada baş qaldıranda çəkinmədən onlarla döyüşə atılmışdır. Hətta babilər onu öldürmək üçün evinə basqın etmişlər. Bu basqında o üzündən yaralanmış və həmin yaranın izi sona kimi üzündən silinməmişdir. Daha sonra İrana qayıdaraq Tehranda əhalinin böyük rəğbətini qazanmışdır. Hətta Nəsrəddin şah Qacar onun görüşünə gəlmişdir. Bütün bunlara baxmayaraq, Ağa Dərbəndi “əmr be məruf və nəhy əz munkər” – yəni yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə işində çəkinmədən öz sözünü demişdir. Şahı şəriətə zidd olan uzun bığları olduğu üçün tənqid etmişdir. Hətta bu məzəmmətlərdən sonra məclislərin birində şah əmr vermişdir ki, onun bığını şəri qaydada kəssinlər.
Ağa Dərbəndinin əsərləri aşağıdakı qaydada sıralanır:
Bu kitab Nəsrəddin şah Qacarın şərəfinə fars dilinə tərcümə olunmuş və “Səadat nasiriyyə və əvqat ruhaniyyə” adı ilə tanınmışdır.[2]
12. “Hucciyyət əl-usul əl-musəbbitət biəqsamiha”.[13]
Fazil Dərbəndi ömürünün axır illərini Tehranda yaşamışdır və h.q. 1286-cı ildə vəfat etmişdir. Cənazəsi altı ay sonra Kərbəlaya aparılaraq “İmam Hüseyn” adlı kiçik meydanda şiə alimlərinin dəfn edildiyi məqbərədə torpağa tapşırıldı. Ondan sonra bir qız övladı yadigar qaldı.[14]
***
Molla Ağa Dərbəndinin əziz xatirəsinə elmi xidmətlərini və araşdırmalarını işıqlandırmaq üçün tarixçi ustad Rəsul Cəfərianın təşəbbüsü ilə h.ş. 1398-ci ildə (m. 2019) “Molla Ağa Dərbəndi və qətliam janrı[15]; baxışlar, əlavələr və istinadlar” adlı oçerk çap olunmuşdur.
[1] Qeyd edilən nüsxənin şərhi, İran əlyazmalarının surəti (Dəna), c. 3, səh. 407; “Əl-zurriyyət”, c. 2, səh. 279.
[2] “Əl-zurriyyət”, c. 12, səh. 179; İran əlyazmalarının surəti (Dəna), c. 6, səh. 118.
[3] “Əl-zurriyyət”, c. 5, səh. 264; İran əlyazmalarının surəti (Dəna), c. 3, səh. 1071.
[4] “Əl-zurriyyət”, c. 5, səh. 291.
[5] “Əl-zurriyyət”, c. 7, səh. 152; İran əlyazmalarının surəti (Dəna), c. 4, səh. 857.
[6] “Əl-zurriyyət”, c. 7, səh. 152; İran əlyazmalarının surəti (Dəna), c. 4, səh. 858.
[7] “Əl-zurriyyət”, c. 10, səh. 97, c. 15, səh. 148, c. 17, səh. 199, İran əlyazmalarının surəti (Dəna), c. 8, səh. 324.
[8] “Əl-zurriyyət”, c. 15, səh. 351, İran əlyazmalarının surəti (Dəna), c.7, səh. 638.
[9] “Əl-zurriyyət”, c. 11, səh. 213.
[10] “Əl-zurriyyət”, c. 20, səh. 341; “Əl-kiram əl-birrət”, c. 1, səh. 153.
[11] İran əlyazmalarının surəti (Dəna), c. 4, səh. 1112.
[12] İran əlyazmalarının surəti (Dəna), c. 5, səh. 707.
[13] “Əl-zurriyyət”, c. 6, səh. 271.
[14] “Əl-kunyə və əl-əlqab”, c. 2, səh. 228-229; “Əl-kiram əl-burrət”, c. 1, səh. 152-153; “Əyan əl-şiə”, c. 2, səh. 87-88; “Tukəmmələt əməl əl-amil”, c. 2, səh. 193; “Mucəm əl-muəllfin” , c. 2, səh. 304 və 309; “Uləmai mucahid”, səh. 16-17.
[15] Qətliam janrı (مقتل نگارى) - İslam aləmi, xüsusi ilə şiə dünyasında Kərbəla faciəsindən sonra formalaşan ədəbiyyat nəsr janrıdır. Faciəvi Kərbəla hadisələrini əks etdirməklə yanaşı, tarixdə olan digər, məsələn Xocalı qətliamı kimi soyqırımlar bu janrın əsas mövzusudur.